Onlayn ictimai-siyasi qəzet
Rus Pravoslav Kilsəsində boşanmaların qarşısını almaq üçün 1944-cü ildə Stalin dövründə tətbiq edilən qaydalara qayıtmaq təklif olunur.
Musavat.com xəbər verir ki, Rusiya Pravoslav Kilsəsinin Ailə Məsələləri üzrə Patriarx Komissiyasının sədri Fyodor Lukyanov sovet dövründə boşanma prosedurunun daha mürəkkəb olduğunu xatırladıb.
1944-cü ildə qəbul edilmiş qaydalara əsasən, nikahı sadəcə qeydiyyat orqanına ərizə verməklə pozmaq mümkün deyildi. Boşanma yalnız məhkəmə vasitəsilə həyata keçirilirdi. Proses zamanı ər-arvad və şahidlər çağırıla, bəzi hallarda prokurorluq da məsələyə müdaxilə edə bilərdi.
“Bu, ölkəmizdəki indiki onlayn boşanma deyil”, – deyə Lukyanov bildirib.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ