İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük müsadirə əməliyyatı: Sarkisyanın əmlakına əl qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən milyonlarla dollar dəyərində əmlakın müsadirəsinə qərar verilib.

Musavat.com xəbər verir ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.

Qərara əsasən, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus təxminən 1,7 milyon ABŞ dolları dəyərində əmlak, daşınmaz əmlakdakı paylar və parkinq sahəsi dövlətin xeyrinə müsadirə ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR