İnsanlara hürriyət, millətlərə istiqlal!

Dakkadan strateji həmlə: Banqladeş Türkiyə, Pakistan və Səudiyyə ilə eyni hərbi blokda?

Banqladeş Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında bağlanmış birgə müdafiə sazişinə qoşulmaq imkanlarını araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Banqladeş Baş nazirinin müşaviri Humayun Kabir bəyanat verib.

Kabirin sözlərinə görə, Dakka "Əvvəlcə Banqladeş" xarici siyasət kursuna sadiqdir və dəyişən beynəlxalq şəraitlə milli maraqları nəzərə alaraq, regional iqtisadi və ya hərbi-müdafiə alyanslarında iştirak etməyə tam hazır olduğunu nümayiş etdirir.

Qeyd edək ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də Şam rəhbərliyinin Məkkə Sazişinə qoşulmaq variantlarını diqqətlə öyrəndiyini, lakin hələ ki yekun qərarın verilmədiyini bildirmişdi.

Ekspertlər müdafiə paktına yeni ölkələrin maraq göstərməsini regionda güclər nisbətini dəyişdirə biləcək "İslam NATO-su"nun formalaşması prosesi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR