Onlayn ictimai-siyasi qəzet
"İldırım" adlandırılan antropomorf maşın 100 metrlik məsafəni 9,32 saniyəyə qaçaraq Çinin Pekində keçirilən II dünya humanoid robot yarışmasından əvvəl dünya rekordunu qırıb.
Musavat.com xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.
Bildirilir ki, şənbə günü keçirilən sınaq zamanı robot sprinterin maksimal sürəti saniyədə 14,5 metrə çatıb.
Xatırladaq ki, 100 metrlik qaçış üzrə dünya rekordu (9,58 saniyə) yamaykalı Useyn Bolta məxsusdur.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ