İnsanlara hürriyət, millətlərə istiqlal!

Yorğun Zelenski... - gedir, yoxsa ? - Ukrayna üçün KRİTİK tarix

ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin təşkili ilə bağlı tələbləri və dövlət başçısı Volodimir Zelenskinin Rusiyanın iki aylıq atəşkəsə razılaşacağı təqdirdə buna “yaşıl işıq yandırması” ölkədə seçki ehtimalını yenidən ön plana çıxarıb. Hərbi vəziyyət fonunda səsvermənin baş tutması, Zelenskiyə rəqib ola biləcək şəxslər və bu prosesin siyasi sabitliyə necə təsir edəcəyi hazırda ən çox müzakirə edilən mövzulardandır.

Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Azərbaycan Rusiya-Ukrayna arasındakı müharibənin dayandırılmasının, məsələlərin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır:

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

“Azərbaycanın, o cümlədən bütün dünyanın istədiyi hərbi münaqişənin tezliklə dayandırılmasıdır. O ki qaldı Ukraynada seçki keçirilməsi və kimlərin namizəd olacağı məsələsinə, bu, Ukraynanın daxili məsələsidir. Ukrayna demokratik dövlətdir. Onun dünya ilə, o cümlədən Azərbaycanla yaxşı münasibətləri var. Hesab edirəm ki, Ukrayna xalqı özünün gələcək yolunu, özünün liderini seçməyi bacarır, bu işdə onlara ancaq uğurlar arzulamaq qalır”.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) aparıcı məsləhətçisi Sultan Zahidov isə mövzunu Musavat.com-a şərh edərkən oktyabrın 11-də Trampın Rusiya və Ukrayna arasında enerji atəşkəsinin imzalandığına diqqət çəkib. O, Rusiya və Ukrayna tərəfinin bunu rəsmi təsdiqləmədiyini vurğulayıb: “Zelenski bildirdi ki, Rusiya tərəfi Ukraynadakı kritik infrastrukturları hədəfə almasa, o zaman Ukrayna da Rusiyaya qarşı eyni addım atacaq. Hələ ki, atəşkəsə riayət olunub-olunmayacağı müəmmalıdır. Digər tərəfdən, Tramp ötən həftə belə bir ifadə işlətdi ki, Ukraynanın yeni prezidentə ehtiyacı var. Zelenski də cavabında bildirdi ki, 60 gün ərzində atəşkəs olunsa, Ukraynada yeni prezident seçkiləri keçirilər. Görünən odur ki, Tramp artan enerji qiymətləri və ABŞ-də aralıq seçkiləri ərəfəsində enerji qiymətlərinin artımından narazıdır. Əsas səbəb Orta Şərqdə, Yaxın Şərqdə, Hörmüz boğazı ətrafında başlanan proseslər olsa da, görünən odur ki, Tramp diqqəti Rusiya-Ukrayna istiqamətinə yönəltməyə çalışır və bununla da əsas səbəbin elə müharibədə olduğunu göstərməyə çalışır. Bu da sözsüz ki, ABŞ-Ukrayna münasibətlərində müəyyən gərginliklərə səbəb olur. Deyilənə görə, ABŞ rəsmiləri bildiriblər ki, əgər Ukrayna enerji atəşkəsinə riayət etməsə, o zaman ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini dayandıracaq”.

Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər – Sensasion  versiya - Globalinfo.az

Ekspertə görə, 60 gün ərzində Rusiya və Ukrayna arasında olarsa, prezident seçkiləri keçirilə bilər: “Amma seçkilərin hansı şəkildə keçirilməsi müəmmalıdır. İlk növbədə ona görə ki, Ukraynadan kənarda yaşayan milyonlarla qaçqın var, onlar seçkilərdə necə iştirak edəcəklər? Ukrayna əraziləri hücumlara məruz qalır, atəşkəsə tam riayət olunacaqmı, ya yox, bu da bir sualdır. Digər tərəfdən yüz minlərlə Ukrayna vətəndaşı cəbhədə döyüşür. Onların seçkilərdə iştirakının təşkili də çətinlik yarada bilər. 60 gün şəffaf seçkilərin təşkili üçün qısa müddətdir. Eyni zamanda Ukraynada 2022-ci ildən hərbi rejim vəziyyətidir, ölkə konstitusiyasına görə hərbi rejimdə seçkilər keçirmək olmaz”.

O ki qaldı Zelenskiyə rəqib ola biləcək şəxslərə, S.Zahidov bildirib ki, sentyabr ayında keçirilən sorğuya görə Ukraynada seçkilər keçirilsə, ilk turda Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, Böyük Britaniyadakı səfiri Valeri Zalujnı bir-birinə yaxın səslərə malik olacaqlar:

“Bu da ikisi arasında kəskin rəqabət olacağını proqnozlaşdırmağa zəmin yaradır. Məlum olduğu ki, Zalujnının Ukrayna daxilində kifayət qədər siyasi nüfuzu var. Keçmiş prezident Petro Poroşenkonun və Ukraynanın prezident aparatının rəhbəri Kiril Budanovun adı da çəkilir. Amma düşünürəm ki, əsas rəqabət elə məhz Zalujnı və Zelenski arasında baş tutacaq. Seçkilərin siyasi sabitliyə təsirinə gəlincə, bir tərəfdən seçkilərin keçirilməsi qalib olacaq hakimiyyətin legitimliyinə və daha da möhkəmlənməsinə gətirib çıxara bilər. Digər tərəfdən Ukraynada vahid həmrəylik var, Rusiya ilə müharibə fonunda seçkiqabağı kampaniya çərçivəsində rəqiblərin bir-birinə qarşı çıxması bu həmrəyliyi, birliyi poza bilər. Buna görə də seçkinin sabitliyə təsiri müəyyən müddətdən sonra görünəcək. İndi əsas sual odur ki, 60 günlük atəşkəsə Rusiya müsbət cavab verəcəkmi? İndiki halda buna şübhə ilə yanaşıram çünki Rusiya uzunmüddətli və tam atəşkəsin tərəfdarı olmayıb. O deyib ki, müəyyən şərtlər təmin olunmalıdır və bundan sonra sülh əldə edilməlidir. O şərtlər isə Ukraynanın kapitulyasiyasını ehtiva edir: Donbasın verilməsi, Ukraynanın neytral olması, hərbi imkanların məhdudlaşdırılması və s. Ona görə də indiki halda dəqiq proqnozlar vermək çətindir. İndi əsas məsələ atəşkəs rejiminin təmin olunub-olunmayacağı və Rusiyanın bu şərtlərə hansı mövqedən baxacağından asılıdır”.


“Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir”. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib. Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır. Kremlin sözçüsü, həmçinin, əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə Amerika danışıqçılarına minnətdardır.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR