Onlayn ictimai-siyasi qəzet
"Hicab məsələsi ilə bağlı baş verənləri adam çox ürək ağrısı ilə seyr edirəm”.
Bu barədə Musavat.com-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, dövlətin qoyduğu vahid geyim qaydalarına görə məktəblərdə bu cür vəziyyətin yaranmağını kimsə istəməz. Bir tərəfdən insanların istəyi, azadlığı dayanır, o birisi tərəfdə dövlətin qoyduğu qaydalar, qanunlar:
"Əlbəttə ki, kimsə baş örtüyü ilə gəzirsə bu, onun şəxsi işidir. Amma məktəb üçün vahid qaydalar mövcuddursa, bu qaydalara hər kəs əməl eləməlidir. Keçmiş müsəlman sovet respublikaları ilə müqayisə aparsaq, onların heç birində orta məktəblərə dini baş örtüyü ilə getməyə icazə verilmir. Türkiyənin özündə baş örtüyünə yalnız dini məktəblərdə, mədrəsə tipli təhsil ocaqlarında icazə verilir. Yəni Azərbaycan bu cür qaydaları tətbiq edən ilk ölkə deyil. Qeyd etdiyim regionda bu cür qaydanı tətbiq etmək qərarını ən son verən ölkə bizik. Ona görə də bu qərarı aqressiya ilə yanaşmağa, bu qərarı dinə qarşı qərar kimi qəbul etməyə ehtiyac yoxdur. Məncə hər halda bu məsələnin bir normal həlli tapılar".
Qulu Məhərrəmli hesab edir ki, yaranmış vəziyyət kənardan gəlmə təsirdir: “Bu artmaqda olan bir tendensiyadır. Ona görə də istərdim ki, buna hər kəs anlaşıqlı, diqqətli yanaşsın və qətiyyən qarşıdurmaya getməyə heç bir ehtiyac yoxdur”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ