Onlayn ictimai-siyasi qəzet
Moldovanın Qaqauziya Muxtar Ərazisində Türkiyənin dəstəyi ilə tikilən texniki kollecdə rus dilində tədrisin qadağan edilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə Moldovanın təhsil naziri Dan Perçun bildirib.
Nazirin sözlərinə görə, kollecdə rus dilində tədrisin olması Qaqauziyada rumın və qaqauz dillərinin istifadə imkanlarını məhdudlaşdırır.
Moldova hakimiyyəti məhz bu səbəbdən kollecdə rus dilində tədrisə icazə verilməməsini istəyir.
Qeyd edək ki, sözügedən texniki kollec Türkiyənin dəstəyi ilə Qaqauziyada inşa edilib.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ