Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bu gün günorta saatlarında daha üç ticarət gəmisi silahlı hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, bu şok məlumatı "Reuters" agentliyi özünün təhlükəsizlik xidmətlərindəki mənbələrinə və Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasına istinadən yayıb. Məlumata görə, strateji əhəmiyyətli boğazdan keçən gəmilər müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub, bu da bölgədə dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı ciddi təşviş yaradıb. Britaniya donanması hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb və ərazidəki digər gəmilərə maksimum ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Hücumların kim tərəfindən törədildiyi rəsmən açıqlanmasa da, regiondakı gərgin siyasi fon bütün diqqəti münaqişə tərəflərinə yönəldib. Qlobal neft nəqlinin əsas arteriyalarından biri hesab olunan Hürmüz boğazındakı bu hadisə dünya bazarında yanacaq qiymətlərinin kəskin artacağı və beynəlxalq gərginliyin pik həddə çatacağı barədə proqnozları gücləndirib.
Hazırda gəmilərin vəziyyəti və heyət üzvləri arasında itkilərin olub-olmaması dəqiqləşdirilir.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ