İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın yeni səfiri Azərbaycan dilində məşhur şairin şeirini oxudu - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə azərbaycanlıları təbrik edib.

Musavat.com xəbər verir ki, diplomat bununla özündən əvvəlki britaniyalı səfirlərin ənənəsini davam etdirib.

Dunkan Norman Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bir parçanı Azərbaycan dilində səsləndirib.

Səfir Azərbaycan dilinə və ölkənin zəngin ədəbi irsinə hörmətini ifadə edərək deyib:

“Azərbaycan xalqını 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, Azərbaycan dilinin təcəssüm etdirdiyi zəngin ədəbi irsə öz ehtiramımı bildirirəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR