Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.
Musavat.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ