Onlayn ictimai-siyasi qəzet
Ermənistanın silahlanmasının bizdə sual yaratmaması üçün qonşu ölkə nə qədər mümkündür, bir o qədər tez öz konstitusiyasından Azərbaycan torpaqlarının bir hissəsinin guya onlarınkı olması haqda sənədə istinadı çıxarmalıdırlar.
Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlaması zamanı söyləyib.

Milli Məclis üzvü məsələnin digər tərəfinə, xüsusilə də Ermənistanda müzakirə mövzusuna çevrilən tətəflərinə də toxunub: “Əlbəttə, qarşı tərəf də sual verə bilər və verirlərdə ki, yaxşı, onda Azərbaycan niyə öz hərbi potensialını durmadan artırır? Amma cavabı bilirlər. Azərbaycan ona görə öz hərbi potensialını durmadan artırır ki, özünün regiona gətirdiyi sülhü və yeni reallığı qorusun. Sülhə təhdid isə təkcə Ermənistandan gəlmir, qonşu ölkədə də bunun çox gözəl fərqindədirlər”.
S.Alıyev bu gün baş nazir Nikol Paşinyanın ordu günü münasibətilə dəsləndirdiyi “müharibə olmayacaq” fikrinə də reaksiya verib: “Paşinyanın bu açıqlaması haqda onu demək istərdim ki, bu, Ermənistanın kimdənsə silah-sursat alıb-almaması ilə bağlı məsələ deyil. Çünki Azərbaycanın Ermənistan torpağında gözü yoxdur. Sadəcə, müharibə ona görə olmayacaq ki, Azərbaycan buna imkan verməyəcək. Cənab İlham Əliyevin qonşu ölkənin bizim təhlükəsuzliyimizə real təhdid yaradacaq hərəkətlərinin qarşısının qətiyyətlə alınacağı haqda xəbərdarlığını onlar yəqin unutmayıblar”.
Deputat revanşistlərin iddialarından danışarkən bildirib ki, ümumiyyətlə, Ermənistanda hakimiyyətdə kim olur-olsun, ən azından orta perspektivdə onların bizə qarşı savaş açacaqlarını düşünmür: “Çünki bu, onlar üçün özünəqəsd deməkdir!”
E.Paşasoy,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ