Onlayn ictimai-siyasi qəzet
Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.
Musavat.com xəbər verir ki, ekran işinin çəkilişləri zamanı kaskadyor səhnələrindən birində məşhur aktyorun qolu zədələnib.
Hadisə zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda 72 yaşlı aktyorun qolunu tutaraq ağrı hiss etdiyi görünür. Görüntülər Ceki Çanın pərəstişkarları arasında narahatlıq yaradıb.
Paylaşımın şərh bölməsində aktyorun fanatları ona tezliklə sağalması ilə bağlı xoş arzularını çatdırıblar.
Qeyd edək ki, “Tanrının zirehi” franşizasının yeni filmində Ceki Çan yenidən baş rolda çıxış edir. Ekran işinin Azərbaycanda çəkilən səhnələri də böyük maraqla gözlənilir.
Könül
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ