Onlayn ictimai-siyasi qəzet
Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Milli Şura sədrinin konkret hansı məsələ ilə bağlı DTX-ya dəvət olunduğu məlum deyil.
Ancaq ehtimal edilir ki, o, Abbas Abbasovla əlaqələrinə görə çağırılıb.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan cinayət işi çərçivəsində C.Həsənli noyabrın 30-da da DTX-ya çağırılmış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ