İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlikdə avtomobillərdən oğurluq edənlər BELƏ SAXLANILDI - ANBAAN VİDEO

İstanbulun Böyükçəkməcə rayonunda çimərlik kənarında park edilmiş avtomobillərdən silsilə oğurluqlar edən şəxslər polisin həyata keçirdiyi əməliyyatla ələ keçirilib.

Musavat.com GZT-yə istinadən xəbər verir ki, park halındakı nəqliyyat vasitələrinin qapılarını gizlicə açaraq salonlardan qiymətli əşyalar oğurlayan 64 yaşlı iki şübhəli polisin diqqətindən qaçmayıb.

Polis əməkdaşları şübhəliləri addım-addım izləmək üçün havaya dron qaldırıblar.

Kadrlar dron kamerasına anban həkk olunub. Belə ki, şübhəlilərdən birinin maşınların arasında rahatlıqla gəzişməsi, fərqli avtomobillərin qapılarını açıb içərisini eşələməsi və qiymətli əşyaları götürməsi aydın görünür. Ərazini mülki geyimdə mühasirəyə alan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxs növbəti avtomobilin salonunu qarət edərkən gözlənilmədən basqın edərək onu elə nəqliyyat vasitəsinin içindəcə cinayət üstündə həbs ediblər.

Saxlanılan S.G. və Z.E. adlı şübhəlilərin üzərində aparılan axtarış zamanı oğurluq yolu ilə əldə edilmiş 1 ədəd pul qabı və 2 ədəd mobil telefon aşkar olunaraq müsadirə edilib.

Aparılan araşdırmalar nəticəsində həmin şəxslərin Böyükçəkməcədə baş vermiş 4 fərqli avtomobildən oğurluq hadisəsinin failləri olduğu müəyyən edilib. Bölmədəki dindirmə prosesi başa çatan hər iki şübhəli məhkəməyə sevk edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR