İnsanlara hürriyət, millətlərə istiqlal!

Coni gizli evlənib? - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) şəxsi həyatı ilə bağlı yeni iddia ortaya atılıb.

30 yaşlı ifaçının istirahət zamanı çəkilmiş fotosu yayılıb. Kadrlarda Coni naməlum qarabuğdayı qadın və azyaşlı uşaqla birlikdə görüntülənib.

Məlumata görə, foto Avropanın dəbdəbəli hotellərindən birində çəkilib. Hadisə şahidi bildirib ki, ifaçını səhər yeməyi zamanı iki dəfə görüb və onun qadınla uşağın yanında özünü ailə kimi apardığını müşahidə edib.

Bu foto Coninin gizli evləndiyi iddialarını ortaya atıb. 

İfaçının nümayəndələri görüntülərlə bağlı ünvanlanan sualları cavabsız qoyublar. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR