İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hərbi xidmətlə bağlı yeni qərar – bu yaşa qədər çağırılacaqlar

Ermənistanda məcburi hərbi xidmətə çağırış yaşının artırılması gündəmə gəlib.

Musavat.com xəbər verir ki, hökumət müəyyən kateqoriyadan olan vətəndaşların 32 yaşınadək hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Yeni qaydalar əsasən xarici universitetlərdə təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququ əldə etmiş vətəndaşlara, xüsusilə aspirantlara və təhsilini müəyyən edilmiş müddətdə başa çatdıra bilməyən şəxslərə şamil olunacaq.

Hazırda Ermənistanda ümumi qaydada məcburi hərbi xidmətə çağırış üçün son yaş həddi 27, müəyyən təhsil möhləti kateqoriyaları üzrə isə 28 yaşdır. Yeni layihə xüsusi kateqoriya üçün bu həddin 32 yaşa çatdırılmasını nəzərdə tutur.

Nazirliyin əsaslandırmasına görə, xarici universitetlərdə təhsil və elmi-tədqiqat proqramlarının xüsusiyyətləri tələbələrin müəyyən edilmiş müddətdə məzun olmasına mane olur. Xüsusilə aspirantlar təhsillərini əksər hallarda 27-28 yaşlarında başa vururlar.

Məsələnin diqqətçəkən tərəfi odur ki, Ermənistanda dünyanın aparıcı universitetlərində təhsil alan vətəndaşlar üçün hərbi xidmətdən azad olunma mexanizmi də mövcuddur.

2026-cı il aprelin 30-da qəbul edilmiş hökumət qərarına əsasən, dünyanın ən nüfuzlu 50 universitetində təhsil almış Ermənistan vətəndaşları məzun olduqdan sonra ölkədə müəyyən edilmiş sahələrdə azı üç il işləməklə məcburi hərbi xidmətdən azad oluna bilərlər.

Bu sahələrə dövlət idarəçiliyi, elm və təhsil, müdafiə sənayesi, yüksək texnologiyalar, səhiyyə və maliyyə sektoru daxildir.

Lakin mövcud yaş məhdudiyyəti bəzi məzunların həmin üçillik iş müddətini tamamlamasına mane olur. Yeni dəyişiklik məhz bu problemin aradan qaldırılmasına hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR