İnsanlara hürriyət, millətlərə istiqlal!

COVID-19-un mənşəyi ilə bağlı yeni iddialar yayıldı

Ağ Ev COVID-19-un mənşəyi ilə bağlı yeni materiallar yayımlayıb.

Sənəddə koronavirusun laboratoriya mənşəli ola biləcəyi iddiasına yer verilib.

ABŞ administrasiyasının rəsmi internet saytında dərc olunan hesabatda bildirilir ki, virusun bəzi xüsusiyyətləri təbii ştammlarda nadir hallarda rast gəlinən xüsusiyyətlərlə üst-üstə düşür. Müəlliflərin fikrincə, ilk yoluxma halları virusun insana bir dəfə keçməsi ilə əlaqəli ola bilər ki, bu da əvvəlki bəzi epidemiyalardan fərqlənir. Həmin epidemiyalarda virusun heyvanlardan insanlara müxtəlif bölgələrdə bir neçə dəfə keçdiyi qeyd olunur.

Hesabatda əsas diqqət Çində fəaliyyət göstərən Uhan Virusologiya İnstitutunun işinə yönəldilib. Sənəddə institut əməkdaşlarının koronaviruslar üzərində araşdırmalar apardığı və virusların xüsusiyyətlərini dəyişdirməyə yönəlmiş təcrübələr həyata keçirdiyi iddia edilir.

Bundan əlavə, laboratoriyada tətbiq olunan təhlükəsizlik tədbirlərinin yetərli olmaya biləcəyi, bəzi əməkdaşlarda isə COVID-19-a bənzər simptomların 2019-cu ilin payızında - pandemiyanın rəsmi elanından aylar əvvəl müşahidə edildiyi vurğulanır.

Hesabatda həmçinin koronaviruslarla bağlı tədqiqatları maliyyələşdirən ABŞ-nin EcoHealth Alliance təşkilatının fəaliyyəti də qeyd olunub. Sənəd müəllifləri təşkilatın ABŞ vergi ödəyicilərinin vəsaitini Çində aparılan virus araşdırmalarına yönəltdiyini iddia edirlər.

Məlumata görə, mümkün qrant pozuntuları ilə bağlı iddialardan sonra ABŞ hökuməti EcoHealth Alliance təşkilatının maliyyələşdirilməsinin dayandırılması proseduruna başlayıb. Hazırda ABŞ Ədliyyə Nazirliyi təşkilatın pandemiya dövründəki fəaliyyətini araşdırır.

Qeyd edək ki, COVID-19-un mənşəyi ilə bağlı elmi müzakirələr davam edir və bu məsələ ilə bağlı beynəlxalq elmi ictimaiyyətdə yekdil mövqe formalaşmayıb./milliaz

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR