İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir neft tankeri VURULDU

Yəmən husiləri Qırmızı dənizin şimalında, Yanbu şəhəri sahillərində Səudiyyə Ərəbistanına məxsus "Wafa" neft tankerinə ballistik raketlərlə zərbə endirdiklərini bəyan ediblər.

Musavat.com xəbər verir ki, husilərin hərbi nümayəndəsinin sözlərinə görə, raketlər hədəfə dəqiq dəyib.

Husilər həmçinin iyulun 22-də elan etdikləri dəniz blokadası başlanandan bəri "Wafa" tankerinin hücuma məruz qalan 8-ci Səudiyyə neft gəmisi olduğunu bildiriblər.

Məlumata görə, hücum təhlükəsi səbəbindən daha 29 neft tankeri marşrutunu dəyişərək Qırmızı və Ərəb dənizləri akvatoriyasından geri qayıtmaq məcburiyyətində qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR