Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaqda dördüncü əməliyyat həyata keçirilib.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İstanbul və Tekirdağda İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili tibbi yardım sürücüsü Süleyman Kaba, həbsxanaın ovaxtkı rəisi Ömər Vətən və növbə rəisi Kazım Beyke saxlanılıb.
Xatırladaq ki, "Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri də "Kazinoğlu işi" çərçivəsində ifadə veriblər. Buna səbəb 10 noyabr 2011-ci ildə yayımlanan serialın 136-cı bölümündə "Kaşifoğlu" haqqında ölüm əmrinin verilməsidir. Həmin hissənin efirə getməsindən üç gün sonra Kozinoğlu həbsxanada ölüb.
Daha əvvəl Kozinoğlu ilə eyni həbsxanada cəza çəkən keçmiş hərbçi Atilla Uğur və daha bir nəfər saxlanılmışdı.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ