İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcülərin məşhur “Acika”sına tələbat artır – Azərbaycan ilk beşlikdə

Gürcüstanın məşhur Acika, tkemali və satsebeli souslarının xaricə satışı artmaqda davam edir.

Musavat.com xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Gürcüstan xarici bazarlara 2,3 milyon dollar dəyərində 911 ton sous ixrac edib. Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb.

Gürcü souslarının ən böyük alıcısı 324 tonla Rusiyadır. Sonrakı yerlərdə ABŞ – 159 ton, Avropa İttifaqı ölkələri – 139 ton, İsrail – 116 ton və Azərbaycan – 114 tonla qərarlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR