İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili dövlət borcunun ödənməsinə 2 milyard manata yaxın pul xərclənib

Bu ilin birinci yarısında Azərbaycanən daxili dövlət borcu 1 milyard 822,5 milyon manat, yaxud 10,2 faiz azalaraq 15 milyard 982,0 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizinə bərabər olub.

Musavat.com Maliyyə Nazirliyinin bülleteninə istinadən xəbər verir ki, hesabat dövründə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalmışdır.

Daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Maliyyə Nazirliyinin açıqlamasına görə, strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 6,8 dəfə artaraq 2026-cı il 01 iyul tarixinə 7 milyard 234,6 milyon manata çatıb.

2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib. Eyni zamanda 1 milyard 971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib.

Altı ayda Maliyyə Nazirliyi 200 milyon manat məbləğində dövlət istiqrazlarını daxili maliyyə bazarında yerləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR