Onlayn ictimai-siyasi qəzet
Cümə axşamı Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəblərdən birinin damının uçması nəticəsində ən azı 22 nəfər həyatını itirib. Həlak olanların 21-i şagird, 1-i isə müəllimdir.
Musavat.com xəbər verir ki, bu barədə yerli "Dawn" qəzetinə "Lady Reading Hospital" xəstəxanasının nümayəndəsi Məhəmməd Asim məlumat verib.
Hadisə zamanı həmçinin 30 nəfərin xəsarət aldığı bildirilir.
Həlak olan uşaqların hamısı 13 və ya daha aşağı yaşda olub.
Faciə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.
Ərazidə xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, Pakistanda zəif təhlükəsizlik qaydaları və keyfiyyətsiz tikinti materiallarından istifadə olunması səbəbindən binaların uçması halları tez-tez baş verir.
Xatırladaq ki, iyun ayında Lahorun Kahna rayonunda özəl tədris mərkəzinin damının uçması nəticəsində də 14 uşaq həlak olmuşdu.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ