Onlayn ictimai-siyasi qəzet
"Avroviziya" təmsilçimiz, tanınmış müğənni Dilarə Kazımova yeni ifasını təqdim edib.
Musavat.com xəbər verir ki, sənətçi sözləri və musiqisi Sheyh Ree (Şəhriyar Ramazanzadə) tərəfindən yazılan məşhur “Hisslərim dumanda” mahnısını səsləndirib. Bəstənin yeni aranjimanı Anar Keytarmana məxsusdur.
Qeyd edək ki, “Hisslərim dumanda” mahnısını ilk dəfə Əməkdar artist Sevda Ələkbərzadə ifa edib. Dilarə Kazımovanın yeni ifası sənətçinin rəsmi “YouTube” kanalında və bütün rəqəmsal platformalarda yayımlanıb
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ