İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülər istefaya göndərilən Montella ilə bağlı elə sözlər dedi ki...

Xəbər verildiyi kimi, Türkiyə millisi baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.

Musavat.com xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Gülər Türkiyə Futbol Federasiyasının bu qərarından sonra sosial şəbəkə hesabında Montellaya vida edib.

Arda paylaşımında qeyd edib:

“Cənab, hər şey üçün təşəkkür edirəm. Etimadınız və dəstəyiniz mənim üçün həmişə böyük əhəmiyyət kəsb edib. Birlikdə unudulmaz anlar yaşadıq və buna görə sizə hər zaman minnətdar olacağam. Sizinlə işləmək mənim üçün böyük zövq idi. Sizə və komandanıza gələcəkdə uğurlar arzulayıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR