İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplom alıb işsiz qalmaq: Azərbaycanda universitet oxumağın mənası qalıbmı? - SORĞU

Ötən gün ali məktəblərə qəbulun nəticələri açıqlandı və bununla da minlərlə abituriyent üçün uzun müddət davam edən həyəcanlı gözlənti başa çatıb. Nəticələrə əsasən, 59 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. Bu, bir tərəfdən minlərlə gəncin sevincinə səbəb olsa da, digər tərəfdən Azərbaycanda ali təhsilin real dəyəri və məzunların gələcək karyera imkanları ilə bağlı məsələni gündəmə gətirir.

Çünki bu gün cəmiyyətimizdə “ali təhsil almağın mənası yoxdur", "xeyli sayda işsiz diplomlular var" fikrini səsləndirənlərin sayı az deyil. O da məlumdur ki, ailələr övladlarının universitetə qəbul olması üçün illərlə hazırlaşır, bəzən yüksək təhsil haqqı ödəyir və 4 il ərzində böyük maliyyə xərcləri ilə üzləşirlər. Bəs bütün bu zəhmət və xərclərə dəyərmi? Azərbaycanda ali təhsil diplomu iş və yüksək gəlir təmin edən mühüm üstünlükdür, yoxsa sadəcə kağız üzərində qalan sənəd?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR