Onlayn ictimai-siyasi qəzet
İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına qarşı sərt qərar açıqlayıb.
Musavat.com xəbər verir ki, Tehran Aİ ölkələrinin hərbi-dəniz və hərbi-hava qüvvələrini terror təşkilatı kimi tanıyacağını bəyan edib.
Rəsmi açıqlamada bildirilib ki, bu addım Avropa İttifaqının İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror siyahısına salmasına cavab xarakteri daşıyır. İran tərəfi qərarı “qarşılıqlı tədbir” adlandıraraq məsuliyyətin Brüsselin üzərinə düşdüyünü vurğulayıb.
Tehran hesab edir ki, dövlətin rəsmi silahlı qüvvələrinin terrorçu kimi tanınması beynəlxalq hüquqa ziddir və bundan sonra Avropa ölkələrinin hərbi strukturları İran qanunvericiliyinə görə terrorçu qurum sayılacaq.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ