Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən Fransada dizel yanacağının qiyməti yüksəlməkdə davam edir.
Musavat.com xəbər verir ki, AFP-nin məlumatına görə, sentyabrın 20-si səhər saatlarında ölkə üzrə dizelin orta qiyməti rekord həddə - litri 2,41 avroya çatıb.
E-10 benzininin (etanol tərkibli Aİ-95 analoqu) qiyməti litr üçün 2,17 avro təşkil edir.
Məlumata əsasən, bu qiymət artıq 10 gündür ki, 2022-ci ilin müvafiq səviyyəsində qalır.
SP-98 marka benzin (Aİ-98 analoqu) isə bahalaşaraq litri 2,28 avroya yüksəlib.
Yəməndə husilərin hücumlarını intensivləşdirməsi və Hörmüz boğazından yan keçən digər dəniz marşrutlarının mümkün blokadası fonunda bütün Avropada enerji daşıyıcılarının qiyməti artır.
"The Guardian" nəşri vurğulayır ki, hazırda Aİ ölkələrində benzinin orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, dizel yanacağının qiyməti isə 38% baha təşkil edir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ