İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətə xəyanət işi - Moskvada qadın jurnalistə 12 il iş verdilər

Moskva şəhər məhkəməsi elm və tibb sahəsi üzrə ixtisaslaşmış jurnalist Darya Şipaçevanı övlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə həmçinin ona 300.000 rubl cərimə təyin edib.

Bildirilir ki, prokurorluq 35 yaşlı jurnalist üçün 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edəndən sonra müdafiə tərəfi hakim Sergey Podopriqorovdan Şipaçevanın etirafını və istintaqla əməkdaşlığını nəzərə almasını istəyib. Dinləmə təxminən bir saat yarım davam edib.

Jurnalistə qarşı cinayət işi məxfiləşdirilib. Məhkəmə qapalı qapılar arxasında keçirildiyindən, onun hansı ittihamlarla ittiham olunduğu rəsmi olaraq açıqlanmayıb. Eyni zamanda, məhkəmə Darya Şipaçevaya məxsus 1,5 milyon rublun müsadirə edilməsi barədə də qərar qəbul edib. Belə bir tədbir adətən cinayətkar fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı işlərdə tətbiq olunur.

“Mediazona” nəşrinin jurnalistin dostuna istinadən verdiyi məlumata görə, söhbət müəyyən pul köçürməsindən gedir, lakin bu pulun Ukrayna ordusuna göndərilib-göndərilmədiyi ona aydın deyil.

Darya Şipaçeva 2025-ci ilin aprelində Moskvada saxlanılıb. Qohumlarının sözlərinə görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları gecə onun mənzilinə girdikdən sonra jurnalistlə əlaqə kəsilib. Daha sonra o, saxlanıldığı Rostov-na-Donu şəhərinə aparılıb.

Nəşrin məlumatına görə, rəsmi ittihamdan sonra Şipaçeva istintaqla razılığa gəlib.

Həbs olunmazdan əvvəl Darya Şipaçeva RBC, “Lenta.ru”, “Takiye dela”, “Forbes”, “Wonderzine” və “Reminder” də daxil olmaqla bir sıra media qurumları ilə əməkdaşlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR