Onlayn ictimai-siyasi qəzet
Mariupolda Rus Dram Teatrı bərpa işlərindən sonra fəaliyyətini yenidən bərpa edib.
Musavat.com xəbər verir ki, bu barədə Izvestiya məlumat yayıb. Bildirilir ki, binanın tarixi görkəmi, o cümlədən fasadındakı heykəltəraşlıq elementləri qorunub saxlanılıb, eyni zamanda teatr müasir texniki avadanlıqla təchiz edilib.
Məlumata görə, binada liftlər quraşdırılıb ki, bu da xüsusilə fiziki məhdudiyyətli tamaşaçılar üçün vacibdir. Səhnə avadanlığı tam yenilənib: fırlanan səhnə mexanizmi, səhnə planşeti, üç rejimli orkestr çuxuru quraşdırılıb, dekorasiyaların dəyişdirilməsi üçün elektron idarəetməli 84 qaldırıcı mexanizm montaj edilib.
Zal 520 tamaşaçı üçün nəzərdə tutulub. Zərurət yaranarsa, orkestr çuxurunun transformasiyası hesabına əlavə üç sıra oturacaq da quraşdırmaq mümkündür.
Qeyd edək ki, Dram Teatrının binası 16 mart 2022-ci ildə baş verən döyüşlər zamanı ciddi ziyan görüb. Həmin hadisə nəticəsində 14 nəfər həlak olub.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ