İnsanlara hürriyət, millətlərə istiqlal!

General oğlu vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə öz arzusu ilə vəzifəsindən azad edilib.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin əmri ilə Qasımzadə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.

Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi./Qafqazinfo/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR