İnsanlara hürriyət, millətlərə istiqlal!

3 azərbaycanlının olduğu gəmidən geriyə bu qaldı – Yeni görüntülər- VİDEO

Qara dənizdə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Volqa-4007” yük gəmisinin yeni görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Novorossiysk limanından çıxdıqdan sonra hücuma məruz qalan gəminin tamamilə yanaraq yararsız vəziyyətə düşdüyü kadrlardan görünür.

Güclü yanğına baxmayaraq, gəminin göyərtəsində dron hücumlarından qorunmaq məqsədilə quraşdırılmış xüsusi müdafiə konstruksiyaları hələ də görünür.

Məlumata görə, “Volqa-4007” avqustun 20-də Novorossiyskdən çıxdıqdan sonra dronların hücumuna məruz qalıb. Hadisə zamanı gəmidə 13 heyət üzvü – 10 Hindistan və 3 Azərbaycan vətəndaşı olub. Azərbaycan vətəndaşları arasında həlak olanın olması barədə məlumat verilməyib.

1989-cu ildə inşa edilən və təxminən 140 metr uzunluğu olan yük gəmisi Kuk adaları bayrağı altında üzürdü.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR