İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərki ilə bağlı arxiv sənədi araşdırılır – İrəvanda yeni qarşıdurma başladı

Kərki ərazisinin Azərbaycan SSR-ə məxsusluğunu təsdiqləyən rəsmi sənədlər məsələsi Ermənistanda yenidən müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, Ermənistan mediası baş nazirin müavini Mher Qriqoryanın ofisinə Kərki ilə bağlı rəsmi sənədlərin mövcudluğu barədə sorğu göndərib.

Eyni zamanda soruşulub ki, Azərbaycan-Ermənistan sərhədinin gələcək delimitasiyası zamanı Tavuş istiqamətində olduğu kimi, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1:100 000 miqyaslı topoqrafik xəritələrindən istifadə ediləcəkmi.

Lakin Mher Qriqoryanın ofisi bu suallara birbaşa cavab verməyib.

Ofisdən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavların delimitasiyası iki ölkənin müvafiq komissiyalarının birgə fəaliyyəti haqqında reqlamentə uyğun həyata keçiriləcək.

Açıqlamada həmçinin vurğulanıb ki, komissiyaların fəaliyyəti birgə iclas və işçi görüşlərinin keçirilməsi qaydalarına uyğun işıqlandırılır. Komissiyaların nəticələri ilə bağlı mediaya təqdim edilən rəsmi məlumatların hərfi məzmunundan kənara çıxan istinadların, izahların və şərhlərin etibarlı hesab edilmədiyi qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR