İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən bahalı 10 futbolçusu - SİYAHI

Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan nüfuzlu "Transfermarkt" portalı bazar dəyərlərinin aralıq yenilənməsindən sonra dünyanın ən bahalı oyunçularının reytinq siyahısını tərtib edib.

Cədvəlin ilk pillələrində "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland, "Barselona"nın ispaniyalı cinah oyunçusu Lamin Yamal (hər ikisinin dəyəri 220 milyon avro) və "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe (200 milyon avro) qərarlaşıb.

Musavat.com xəbər verir ki, reytinq siyahısı oyunçuların son bazar qiymətləndirmələri əsasında hazırlanıb.

Aralıq yenilənmələrinin yekunlarına görə dünyanın ən bahalı futbolçularının siyahısı ("Transfermarkt", 9 oktyabr 2026-cı il):

Erlinq Haaland ("Mançester Siti") – 220 milyon avro.

Lamin Yamal ("Barselona") – 220 milyon avro.

Kilian Mbappe ("Real Madrid") – 200 milyon avro.

Maykl Olise ("Bavariya") – 180 milyon avro.

Cud Bellingem ("Real Madrid") – 160 milyon avro.

Pedri ("Barselona") – 150 milyon avro.

Joau Neveş (PSJ) – 140 milyon avro.

Xviça Kvaratsxeliya (PSJ) – 140 milyon avro.

Vitinya (PSJ) – 140 milyon avro.

Vinisius Junior ("Real Madrid") – 130 milyon avro.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR