Onlayn ictimai-siyasi qəzet
"World Population Review" resursu dünyanın ən dadlı mətbəxlərinə malik ölkələrin yenilənmiş reytinqini dərc edib.
Musavat.com xəbər verir ki, siyahıda Azərbaycan 56-cı pillədə yer alıb.
Reytinqə bu dəfə də Yunanıstan liderlik edir. İlk onluqda həmçinin İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin yer alıb. Siyahının son sıralarında isə Nikaraqua, Laos və Boliviya qərarlaşıb.
Postsovet ölkələri arasında ən yüksək nəticəni Gürcüstan göstərib, 30-cu yer. Rusiya 34-cü, Ukrayna 43-cü, Belarus isə 75-ci pillədə qərarlaşıb. Litva 39-cu, Latviya isə 78-ci yerdə yer alıb.
Reytinqin qiymətləndirməsinə görə, Ermənistan və Qazaxıstan mətbəxləri ən zəiflər sırasında tanınıb, onlar müvafiq olaraq 92-ci və 93-cü yerləri tutublar.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ