Onlayn ictimai-siyasi qəzet
Rusiyadakı xarici vətəndaşların sayı 10% azalıb - 2026-cı ilin əvvəlinə onların sayı 5,7 milyona düşüb.
Musavat.com xəbər verir ki, "Vedomosti"nin məlumatına görə, ilkin məlumatlar Daxili İşlər Nazirliyinin miqrasiya xidmətinin analitik şöbəsinin müdiri Aleksandr Perejogin tərəfindən təqdim edilib.
Əsas səbəb azyaşlı əcnəbilərin sayının kəskin azalmasıdır və bu rəqəm təxminən dörddə bir azalıb. Bu, yeni qaydalarla bağlıdır: 2025-ci ildən başlayaraq miqrantların uşaqları yalnız rus dili imtahanından uğurla keçdikdən sonra rus məktəblərinə qəbul ediləcəklər.
Ekspertlər hesab edirlər ki, bu sahədə qanunvericiliyin ümumi sərtləşdirilməsi miqrasiya vəziyyətinə təsir göstərib.
Rusiyalı deputatlar anti-miqrasiya qanunları qəbul edərkən federasiyaya yalnız ucuz fəhlə qüvvəsinin lazım olduğunu gizlətmir, miqrantların ailələri birlikdə gələrək Rusiyada daimi yaşamalarını istəmədiklərini bildirirlər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ