Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi bu gündən Azərbaycanda yeni cərimələr qüvvəyə minib. Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə isə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Bəs vətəndaşlarımızın elektron siqaretlərlə bağlı bu cərimələrə münasibəti necədir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ