Onlayn ictimai-siyasi qəzet
“Ağdan Vətən müharibəsində qazanılmış tarixdən sonra yenidən dirçəlir. Böyük qayıdış davam edir. İnsanlarımız doğma yurdlarına qayıdır və şəhər-kəndlərimizi yenidən qurur. Bu gün isə Ağdam ölkənin aparıcı aqrar sahə şirkətlərini, sahibkarlarını və fermerlərini bir araya gətirən bir məkana çevrilib”.
Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov 100-cü Yubiley Aqrar Biznes Festivalının açılış mərasimində bildirib. E.Hüseynov qeyd edib ki, aqrobiznes festivalları qısa müddətdə fermerlərə, alıcılara, sahibkarlarla dövlət qurumları arasında mühüm ünsiyyət və əməkdaşlıq platformasına çevrilib:
"Ağdam tarixən Qarabağın ən bərəkətli torpaqlarından, Azərbaycanın aparıcı kənd təsərrüfatı rayonlarından biri olub. İnanıram ki, bugünkü festival bu zəngin potensialın yenidən reallaşdırılmasına, yeni tərəfdaşlıqların və investisiya layihələrinin yaranmasına öz töhfəsini verəcək".
Nigar Həsənli
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ