Onlayn ictimai-siyasi qəzet
Tanınmış jurnalist, “ASAN Radio”nun direktoru Emin Musavinin 50 yaşı tamam olub.
Musavat.com xəbər verir ki, aparıcı yubileyi münasibətilə məclis keçirib.
Gecəyə Xalq, Əməkdar artistlər, müğənnilər və incəsənət nümayəndələri qatılıblar.
Qeyd edək ki, Emin Musavi 29 sentyabr 1976-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, eyni zamanda politologiya ixtisasına yiyələnib.
Media fəaliyyətinə 1997-ci ildə “ANS ÇM” radiosunda aparıcı kimi başlayıb. Daha sonra “106 FM”, “Space TV”, “Azad Azərbaycan” radiosu və televiziyasında müxtəlif vəzifələrdə çalışıb.
Emin Musavi 2015-ci ildən “ASAN Radio”nun direktorudur. Fəaliyyəti dövründə bir sıra beynəlxalq layihələrdə iştirak edib, müxtəlif ölkələrdə radio və televiziya proqramları hazırlayıb, tanınmış siyasətçi və sənətçilərlə müsahibələr aparıb.
Ailəlidir, iki övladı var.
Könül
Musavat.com




10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ