Onlayn ictimai-siyasi qəzet
Kənardan sakit, mehriban görünən bəzi bürclər təzyiq altında qaldıqda, incik düşdükdə tamamilə fərqli reaksiyalar göstərə bilirlər.
Musavat.com Türkiyə mətbuatına istinadla qaranlıq tərəfləri ilə diqqət çəkən 4 bürcü təqdim edir.
Buğa bürcü
Adətən sakit, etibarlı və sevgi dolu kimi tanınan Buğalar sahiblənmə məsələsində həddi aşa bilirlər. İnadkar xarakterləri və güclü yaddaşları səbəbindən incik düşdükdə bunu uzun müddət unutmurlar. Səbr kasaları dolduqda isə gözlənilmədən sərt və kəskin reaksiya verə bilirlər.
Balıqlar bürcü
Məsum və şəfqətli görünüşü ilə seçilən Balıqlar emosional dalğalanmalara açıqdırlar. Həssas təbiətləri onları tez incidir və bu inciklik bəzən ani çıxışlara, həddindən artıq emosional reaksiyalara səbəb ola bilər.
Oğlaq bürcü
Soyuqqanlı və məqsədyönlü Oğlaqlar üçün uğur çox vaxt hər şeydən önəmlidir. Duyğularını nəzarətdə saxlamaqları onları güclü göstərir. Lakin təhrik olunduqda olduqca sərt və hətta qorxuducu davranış sərgiləyə bilərlər. Xüsusilə rəqabət mühitində empatiyanı ikinci plana atmaqları münasibətlərdə qarşıdurmalara yol aça bilər.
Əkizlər bürcü
Sürətli düşünən və ünsiyyət bacarığı yüksək olan Əkizlər dəyişkən əhval-ruhiyyələri ilə tanınırlar. Bir an səmimi və diqqətli olduqları halda, növbəti an məsafə saxlaya bilirlər. Bu davranış xüsusilə emosional münasibətlərdə qarşı tərəf üçün yorucu və çaşdırıcı ola bilər.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ