İnsanlara hürriyət, millətlərə istiqlal!

"Epşteynin son məktubu" iddiası

“The New York Times” nəşrinin məlumatına görə, maliyyəçi Ceffri Epşteynin keçmiş kamer yoldaşı Nikolas Tartalyon onun iddia olunan son məktubunun məzmununu açıqlayıb.
Onun sözlərinə görə, hadisə 2019-cu ilin iyulunda baş verib. Epşteyn huşsuz vəziyyətdə tapıldıqdan sonra Tartalyon kamerada qalan əşyaları yoxlayarkən məktubu aşkarlayıb. Bildirilib ki, qeydlər qrafik romanın içində gizlədilib: “Kitabı açdım və məktub orada idi”.
Tartalyon qeyd edib ki, məktub sarı rəngli, bloknotdan qoparılmış bir vərəqdə yazılıb. Onun iddiasına görə, Epşteyn məktubda istintaqın aylarla apardığı araşdırmalara baxmayaraq heç nə tapmadığını yazıb və belə ifadələr işlədib: “Nə istəyirsiniz, ağlayım? Artıq vidalaşmağın vaxtıdır”.
Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı ilə bağlı geniş cinayət şəbəkəsi qurmaqda ittiham olunurdu. Onun bir sıra siyasətçilər, keçmiş prezidentlər, kral ailəsi üzvləri və milyarderlərlə əlaqələrinin olduğu iddia edilirdi.
Məlumata görə, 2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi bu işlə bağlı yeni məxfi sənədləri açıqlayıb.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR