İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçının bu addımı Trampı İrana hücumdan DAŞINDIRDI

İranın xarici işlər naziri Abbas Əraqçının Hörmüz boğazının açılmasına dair kompromis təklifini qəbul etməsi ABŞ-nin İrana qarşı planlaşdırılan hərbi hücumunu dayandırmasına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Məlumata görə, Qətər və ABŞ vasitəçiləri tərəfindən hazırlanmış xüsusi təklif dünən gecə Əraqçı tərəfindən qəbul edilib.

Telekanalın diplomatik mənbələri bildirir ki, İran XİN rəhbərinin bu müsbət cavabı ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatı saxlamasında əsas amillərdən biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR