Onlayn ictimai-siyasi qəzet
İraq Kürdüstanının paytaxtı Ərbildə üç partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Shafaq News" portalı yerli mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, şəhərin Kasnazan bölgəsinə yaxın ərazidə partlayıcı qurğularla dolu pilotsuz uçan aparat düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
İraqın "Saraya Avliya əl-Dam" silahlı qruplaşması bildirib ki, ABŞ-nin Ərbildəki qoşunlarını yerləşdirmək üçün istifadə etdiyi hotelə pilotsuz təyyarə hücumu edilib.
Qətər Müdafiə Nazirliyinin məlumatına görə, İran ölkəyə doğru iki ballistik raket atıb. Onlardan biri Əl-Udeyd hərbi bazasına düşüb, digərini isə hava hücumundan müdafiə sistemi məhv edib. Nazirlik əlavə edib ki, xəsarət alan yoxdur.
Eyni zamanda, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi üzərində iki qanadlı raketi vurub. Nazirlik vurulan raketlərin Əl-Xərc şəhəri üzərində məhv edildiyini açıqlayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ