İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı ilk açıqlamanı verdi - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela lideri Nikolas Maduronu oğurlanmazdan əvvəl Türkiyəyə sürgün etmək istədiyi barədə yayılan iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib: “Biz bu barədə heç bir məlumat almamışıq. Nə mən, nə də hökumətimizə belə bir təklif daxil olub. Biz heç nə eşitməmişik.”

Türkiyə lideri bununla da Qərb mediasında, xüsusilə ABŞ mənbələrinə istinadla yayılan iddialara münasibət bildirib. Həmin məlumatlarda deyilirdi ki, Vaşinqton Maduronu hakimiyyətdən getməyə razı salmaq üçün ona “təhlükəsiz sürgün” variantı təklif edib və mümkün istiqamətlərdən biri kimi Türkiyə göstərilib.

Ərdoğan vurğulayıb ki, Türkiyə suveren dövlətlərin daxili işlərinə müdaxilənin əleyhinədir və bu cür ssenarilərin bir hissəsi olmayıb. Onun sözlərinə görə, Ankara beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipindən çıxış edir.

Qeyd edək ki, ABŞ mediası Maduronu hədəf alan son xüsusi əməliyyatdan sonra bu mövzu ətrafında müxtəlif versiyalar irəli sürüb. Lakin Türkiyə tərəfi ilk dəfə rəsmi səviyyədə bu iddiaları açıq şəkildə inkar edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR