Onlayn ictimai-siyasi qəzet
Türkiyə polisi özünü yüksək vəzifəli şəxslərlə yanaşı göstərən və süni intellekt vasitəsilə yaradılmış şəkilləri paylaşan Ankara sakinini saxlayıb.
Musavat.com xəbər verir ki, istintaqın məlumatına görə, həmin şəxs bu addımı ilə cəmiyyətdə nüfuzlu əlaqələrə malik olduğu təəssüratını yaratmağa çalışıb.
Araşdırmalar nəticəsində məlum olub ki, sözügedən vətəndaş neyroşəbəkənin köməyilə Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Akın Gürləklə yan-yana əks olunduğu fotolar quraşdıraraq onları sosial şəbəkələrdə yerləşdirib.
Hazırda faktla bağlı "nüfuz alveri" və "yalan məlumatların yayılması" maddələri üzrə cinayət işi araşdırılır.
Saxlanılan şəxs isə ilkin ifadəsində həmin fotoları yalnız zarafat məqsədilə hazırladığını iddia edib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ