Onlayn ictimai-siyasi qəzet
Ermənistanda ötən il itkin düşən rus gəncin meyiti Razdan (Zəngiçay-M.) çayından tapılıb.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, polis yanvarın 13-də çayda aşkarladığı meyitin 11 dekabrda itkin düşmüş 18 yaşlı İrəvan sakini Mixail Dolqova aid olduğunu müəyyən edib.
İstintaq orqanının nümayəndəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ