İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda keçmiş baş nazirlə bağlı milyonluq iddia - VİDEO

Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyan və onunla əlaqəli şəxslərin şəkər idxalı ilə məşğul olan şirkətdən külli miqdarda pul tələb etdiyi iddia olunur.

Musavat.com-un məlumatına görə, söhbət 1 milyon dollardan çox məbləğdən gedir.

İddialara əsasən, şirkətə təzyiq göstərilib və təhlükəsizlik əməkdaşlarından biri şirkətin anbarlarından birinə göndərilərək işçilərdən birini hədələyib.

Məlumata görə, şirkətin direktoru yaxın günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.

Bundan başqa, şirkət əməkdaşlarının bir neçə aydır maaşlarını ala bilmədiyi və Hovik Abrahamyana qarşı şikayət verməyə hazırlaşdıqları bildirilir.

Şirkət əməkdaşlarından biri anonimlik şərti ilə məlumatı təsdiqləyib. O, yaxın vaxtlarda iddiaları təsdiqləyən əlavə məlumat və sübutların təqdim edilə biləcəyini bildirib.

Qeyd edək ki, yayılan məlumatlar hazırda iddia xarakteri daşıyır və Hovik Abrahamyanın bu ittihamlara münasibəti barədə məlumat verilməyib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının mümkün araşdırmasının nəticələri gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR