İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda polislər güllələndi

Ermənistan Daxili İşlər Nazirliyinin 112 saylı Operativ İdarəetmə Mərkəzinə Patrul Xidmətinin qruplarından birindən məlumat daxil olub.

Musavat.com bildirir ki, məlumata görə, Kotayk vilayətində patrul əməkdaşları qayda pozan bir sürüşü aşkar edibər. “Hyundai” markalı avtomobilin sürücüsü patrulun dayanmaq tələbini yerinə yetirməyib. Bundan sonra avtomobildən silahla atəş açılıb. Nəticədə Patrul Xidmətinin 2 əməkdaşı yaralanşb və onlar tibb mərkəzinə çatdırılıb.

Ermənistan DİN-in Polis İdarəsinin mətbuat xidmətinin məlumatına görə, əməkdaşlardan biri tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Polisin müxtəlif xidmətlərinin koordinasiyalı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şühəli bilinən 2 nəfər və “Hyundai” markalı avtomobil aşkar edilib. Onlar Kotayk vilayətinin sakinləridir və sərxoş vəziyyətdə olublar.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR