Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İsraildəki səfirliyi Yaxın Şərqdə kəskinləşən təhlükəsizlik vəziyyəti ilə bağlı öz vətəndaşlarına növbəti xəbərdarlıq müraciəti edib.
Səfirlik bölgədə hava məkanının qəfil bağlanması, uçuşların təxirə salınması və ya tamamilə ləğv olunması ehtimalının yüksək olduğunu bildirib.
Diplomatik missiya ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa, səyahət planlarını operativ şəkildə dəyişməyə hazır durmağa və aviaşirkətlərin uçuş cədvəllərini yaxından izləməyə çağırıb.
Bölgədə hərbi gərginliyin artması fonunda bir çox beynəlxalq aviaşirkətlərin də Təl-Əvivə reysləri dayandırdığı və ya marşrutları dəyişdirdiyi vurğulanır./yenisabah/
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ