İnsanlara hürriyət, millətlərə istiqlal!

50 il EDAM XOFUNDA yaşayan 74 yaşlı kişi son anda xilas edildi 

ABŞ-nin Florida ştatında dəhşətli cinayətə görə yarım əsr ölüm növbəsində gözləyən 74 yaşlı Uilyam Tompsonun həyatı son anda xilas edilib.

Ştatın qubernatoru Ron Desantis ölüm hökmünün icrasına cəmi 5 gün qalmış gözlənilməz qərar verərək edamı ləğv edib.

Musavat.com "New York Post" nəşrinə istinadən xəbər verir ki, qubernator həbsxana rəisinə göndərdiyi rəsmi məktubda öz imzaladığı hökmü niyə ləğv etdiyinin səbəbini açıqlamayıb.

Lakin mətbuatın əldə etdiyi məlumata görə, bu sensasion addımın arxasında Tompsonun ağır demensiyadan (ağıl zəifliyi) əziyyət çəkməsi dayanır. ABŞ qanunvericiliyinə görə, psixi xəstəliyi olan və alacağı cəzanın mahiyyətini dərk etməyən şəxslərin edam edilməsi qətiyyən qadağandır. Həkim müayinələri də qocanın nə baş verdiyini anlamadığını rəsmən təsdiqləyib.

Xatırladaq ki, Uilyam Tompson 1976-cı ildə bir qadını pul naminə dəhşətli işgəncələrlə qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum edilmişdi.

Polis zamanında bu qanlı olayı Mayami-Deyd dairəsinin "ən iyrənc və qəddar cinayəti" adlandırmışdı. Ötən illər ərzində məhkəmə qərarı dəfələrlə ləğv olunub yenidən qüvvəyə minsə də, 1989-cu ildən bəri ölüm kamerasında təcrid edilən məhkum üçün vaxt artıq bitmək üzrə idi. Vəkilinin sözlərinə görə, 74 yaşlı Tompson edam ediləcəyini və bunun səbəbini dərk edə biləcək zəka qabiliyyətini tamamilə itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR