İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti paylaşımı ilə diqqət çəkib. Hökumət başçısı bu dəfə də izləyicilərini Azərbaycan mahnısının sədaları altında salamlayıb.

Musavat.com xəbər verir ki, idman geyimində, kaska və xüsusi eynəkdə olan Paşinyan gecə saatlarında velosipedlə rəngarəng fəvvarələrin qarşısından keçərkən özünü videoya çəkib. Görüntülərdə diqqət çəkən məqam isə arxa fonda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi məşhur “Aram-aram” mahnısının səslənməsi olub.

Videonun sonunda velosipeddən enərək kameraya doğru əyilən Ermənistanın baş naziri hər iki əli ilə ürək işarəsi göstərib və izləyicilərinə sevgisini ifadə edib. O, paylaşımına erməni dilində “Sabahınız xeyir! Sizə gözəl gün arzulayıram və hamınızı sevirəm” sözlərini əlavə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR